Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

İrana getmək daha asan olacaq

İran və Azərbaycan arasında tikiləcək körpünün yeri müəyyənləşib.

Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin reallaşması təkcə iki ölkə arasında deyil, həm də Azərbaycandan keçməklə daşınan yüklərin sayına da ciddi təsir göstərəcək. 2016-cı ilin büdcəsində investisiya layihələrinin bir hissəsi təxirə salınsa da bu, sözügedən layihəyə aid olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan tərəfdə 8 kilometrlik yol və körpü var:

“Bunları tikməklə biz İran bazarını Azərbaycana birləşdirmiş oluruq. Bu da məsələnin tam həlli deyil. Orada 153 kilometrlik Astara-Rəşt yolu var. Bizim tərəfdə körpünün yerini də müəyyənləşdirmişik. İran tərəfdən isə 153 kilometr uzunluğu olan Rəşt-Astara yolu mövcuddur, lakin yolun layihəsi hazır deyil. Sadəcə olaraq İran hökuməti tikinti işlərini planlaşdırır. İran və Azərbaycan tərəfi qərarlıdır ki, layihənin tikilməsi üçün maliyyə axtarsın”./ans/
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49