Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

Əbu Bəkr əl-Bağdadinin karvanında kimlər məhv oldu?

Nur-az.com alalam.ir-a istinadən:
İraq hava qoşunlarının Əbu Bəkr əl-Bağdadinin hərbi nəqliyyat karvanına hücumu nəticəsində çoxlu itkiyə dair böyük sensasiyalı xəbər son günlərin informasiya vasitələrini özünə cəlb edib. İraq qoşunları məlumat bürusu bildirib ki, hava qoşunlarının əl-Ənbar vilayətinin əl-Kərabilə məntəqəsində İŞİD-in başçısı əl-Bağdadinin hərbi nəqliyyat karvanına hücumundan sonra onların bir çox böyük komandirləri məhv edilib. Onların arasında İraq və Suriya üzrə təhlükəsizlik komitəsinin komandiri Əbu İzam əl-Əraqi, komandir Əbu Mərvə əl-Ənsari, əl-Bağdadinin hərbi müşaviri Hica Əbu Əmmar, Fərat vilayətində İŞİD-in polis komandiri Əbu Səd əl-Ənbari, əl-Kərabilə məntəqəsi üzrə İŞİD-in təhlükəsizlik komitəsinin rəisi Vəlid Əhməd Saleh əl-Kərbuli, iki həftə əvvəl əl-Bağdadinin əmri ilə Suriyadan İraqa gələn İŞİD-in ərəbistanlı komandiri Əbu Abdullah, İraq və Suriya üzrə İŞİD-in ərəb vətəndaşlarının məsul katibi Əbu Bənan əl-Cəzravi, Fərat vilayəti üzrə məlumat bürosunun məsul katibi suriyalı Əbu Qütadə əl-Şeybani, Deyr əl-Zur məntəqəsi üzrə Suriya komandiri Əbu Əhməd əl-Şami və əl-Bağdinin bir çox cangüdənləri kimi azğın ünsürlərin adı qeyd edilir.
İraqın daxili işlər nazirliyi mətbuat katibi Səd Məin də, elan edib ki, biz bu hadisədə əl-Bağdadinin özünün başına nə gəldiyi və taleyi barədə tədqiqatı davam etdirəcəyik və bizə verilən son məlumata görə, onun yaralanaraq hadisə yerindən naməlum məntəqəyə köçürüldüyü bildirilir. Hələlik bu haqda əlimizdə dəqiq məlumat yoxdur.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı