Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

Başını itirən İŞİD yardım üçün haray salıb!

Nur-az.com shia-news.com-a istinadən:
İŞİD-in azğın ünsürlərindən Əbu Məhəmməd əl-Ədnani audio-səs vasitəsilə yaydığı 40 dəqiqəlik son bəyanatında onlara mötəqid olan bütün dünya cavanlarını Amerika və Rusiya ilə müharibəyə çağırıb. O, həmçinin bildirib ki, bu müharibədə Rusiya hökmən məğlub olacaq.
Rusiyanın iki həftə əvvəl İŞİD-in mövqelərinə hücumlarından sonra artıq bu qruplar çoxlu sayda üzvlərini, həmçinin ağır silah və texnikalarını, təlim-məşq məntəqələrini əldən veriblər.
Uzun illər aralarında soyuq müharibə gedən Amerika və Rusiya hal-hazırda bir-birinin kənarında regionda İŞİD-lə mübarizə aparır, Rusiya onları hava və sudan, Amerika isə dəniz donanmasından nişan alır. Halbuki Suriyadakı hakimiyyət barəsində hər ikisi fərqli mövqeyə malikdir, Rusiya Bəşşar Əsədin qalmağını, Amerika isə getməyini istəyir.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59