Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

İnsan Hüquqları Klubu: Azərbaycanda 142 siyasi məhbus var

İnsan Hüquqları Klubu Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayaraq, Azərbaycanda insan hüquqlarının geniş və sistematik şəkildə pozulmasından dərin narahatlıq ifadə edib.

Azərbaycan Ümumdünya İnsan Hüquqları Gününü 142 siyasi məhbusla qeyd edir. Onlar azad edilməlidir, deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin müstəqil QHT-lərə təzyiqin gücləndiyi qeyd edilir.

Bu zaman bildirilir ki, 1000-dən çox QHT dövlət qeydiyyatı ala bilmir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) isə prezident seçkilərinin monitorinqini həyata keçirdiyi üçün cinayət təqibinə məruz qoyulub.

Bəyanatda beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyi tələb etməyə çağırılır. Bu, 2014-cü ilin mayında ölkənin AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ərəfəsində xüsusilə vacibdir./fakrxəbər/
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı