Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Azərbaycanda olan ərəb şeyxləri üçün qanunlar işləmir?

Saatlıda səfərdə olan ərəb şeyxləri ilə bağlı yeni təfərrüatlar məlum olub. BAKU.WS-in məlumatına görə, Mil-Muğan düzündə səfərdə olan ərəb şeyxləri xeyli ov ediblər. Saatlıda lüks villalarda qalan və Mil-Muğan düzündə ov edən şeyxlər arasında Sultan Əl Həllami adlı ərəb şeyxi də var. Onun böyük şirkətlər qrupunun rəhbəri olduğu deyilir.

Bir neçə gün əvvəl Lerik sakini bəbiri güllələdiyinə görə qınağa tuş gəlmişdi. Müvafiq qurumlar az qala həmin şəxsi vətən xaini kimi qələmə verirdilər. Amma nədənsə ərəb şeyxlərinin ov macəraları sükutla izlənilir. Halbuki onların bəzi hallarda nadir quşları ovladığı barədə məlumatlar var. Belə çıxır ki, qanunlar ərəb şeyxləri üçün deyil, sıravi Azərbaycan vətəndaşları üçündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərəb şeyxlərinin ov niyyəti barədə yerli mətbuatdan xəbər tutub. Nazirliyin mətbuat xidmətindən Azadlıq Radiosuna bildirilib ki, faktla bağlı araşdırma aparıb nəticəsi barədə ictimaiyyətə məlumat verəcəklər.

Ekoloq Telman Zeynalov deyir ki, xarici ölkə vətəndaşları Azərbaycanda ov etmək istəyərlərsə, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər: “Özü də kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazidə ov edə bilərlər”.

Telman Zeynalov deyir ki, ovçuluq təsərrüfatları ərazidə ov etmək üçün icazə verə bilməzlər. Ekoloqun sözlərinə görə, ov mövsümünün başlanması ilə bağlı elanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir.

Nazirlik bu il iyunun 1-də saytında bildirib ki, Azərbaycan ərazisində 2015-2016-cı illər üçün ov mövsümü 30 may 2015-ci il tarixindən etibarən açıq elan edilib. Ancaq nazirlik ovlanacaq heyvan və quşlarla bağlı, eyni zamanda ov yerləri ilə bağlı məhdudiyyət qoyub.

Məsələn, noyabrın 14-dən gələn il yanvarın 9-na kimi Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı ərazilərində adambaşına 2 dovşan ovlamaq olar.

Oktyabr-noyabr aylarında ovçuluq təsərrüfatlarında adambaşına 6 cüllüt, fevralın 20-nə qədər adambaşına 1 qaz, 4 ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla), 6 qaşqaldaq ovlamağa icazə var.

Nazirlik bildirir ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.


1499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40