Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Putin Quranı müdafiə etdi

"Quran" ayələri ekstremist material sayıla bilməz

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına "İncil" və "Quran"ın məzmunları və oradakı ayələrin ekstremist materiallar sayılmasının qadağan edilməsi haqda qanun layihəsi təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

"“İncil", "Quran", onların mətnləri və oradakı ayələr ekstremist materiallar kimi tanına bilməz”, - deyə qanun layihəsində qeyd edilir.

Bundan qabaq Kilsə və cəmiyyətlə qarşılıqlı münasibətlər şöbəsinin regional əlaqələr xidmətinin rəhbəri, diakon Andrey Tituşkin müqəddəs mətnlərin ekstremist sayılmasının tamamən qadağan olunmasının vacibliyini bildirmişdi.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber