Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Yardımlıda ünvanlı sosial yardım bazarı

ƏSMM-nin direktor əvəzi sənədləri 1500-2000 manata düzəldir, hər ay icra başçısına haqq verildiyi deyilir

Yardımlı rayonunda işsizlik, maddi rifahın bərbad olması səbəbindən kasıb əhalinin sayı çoxdur. Bunu rəsmilər də etiraf edirlər. Ancaq problemi aradan qaldırmaq üçün heç bir tədbir görülmür. O səbəbdən də rayonda Sosial Müdafiə Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin sayı həddindən artıq çoxdur.

Səlim Müslümov nazir təyin olunandan sonra bir sıra qaydalarla yanaşı, bəzi ƏSMM direktorlarını da dəyişdi. Əgər əvvəllər ünvanlı sosial yardım bir illik müddətinə verilirdisə, hazırda müddət iki ilə qaldırılıb. Və müddətin artırılması Yardımlıda əsl biznesə imkan yaradıb.

Rauf adlı Yardımlı sakini yazıb ki, rayon ƏSMM-nə direktor təyinatı məqsədli şəkildə yübadılır. Onun sözlərinə görə, hazırda bu vəzifə keçmiş müavin tərəfindən icra olunur. “İcra başçısı Sevindik Hətəmov qəsdən bu vəzifəyə təyinat etmir. Səbəb də əhalinin həmin mərkəzdən şikayətçi olmasının qarşısının alınmasıdır”.

Rayon sakini iddia edir ki, hazırda Yardımlıda ünvanlı sosial yardım alınması üçün ƏSMM-in direktor əvəzinə pul vermək lazımdır. Onun sözlərinə görə, bu rəqəm faktiki olaraq 1500-2000 manat arasında dəyişir. “Ünvanlı sosial yardım üçün 1500 - 2000 manat pul alırlar. Çünki Sevindik Hətəmov bu puldan haqqını alır. Ona belə sərf etdiyi üçün direktor təyinatını yubadır. Axı, yeni müdir gələrsə, ondan haqq almaq mümkün olmayacaq. Bu adam karyer biznesmenidir. Elə ona görə də, rayonu daş karxanasına çevirib”./jam/
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP