Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

AİP sədrinin nənəsinin adına küçə verildi

Mustafa Sübhi küçəsi Nabat xanım Aşurbəyova adlandırıldı

Bakı şəhər meriyası “Təzə Pir” məscid kompleksinin yerləşdiyi küçənin adını dəyişib.

Mustafa Sübhi adını daşıyan küçə bu gündən etibarən Nabat xanım Aşurbəyova adını daşıyacaq.

Allahşükür Paşazadə küçənin adının dəyişdirilməsilə bağlı Bakı meriyasına müraciət ünvanlamışdı. Meriya isə küçə adlarını dəyişmək səlahiyyəti olmadığını bildirmişdi.

Bakı meriyasının açıqlamasına görə, dövlət başçısının tövsiyəsilə meriya küçənin adını dəyişib.

Nabat xanım Aşurbəyova Bakının məşhur milyonçuları olan Aşurbəyovlar nəslinin qızıdır. Bakıda “Təzə Pir” və “Əjdərbəy” (Göy məscid) məscidlərini tikdirib. Qəbri tikdirdiyi “Təzə Pir” məscidinin giriş qapısının sağında yerləşir.
Həmçinin qeyd edək ki, Nabat xanım Aşurbəyova AİP-in sədr əvəzi Elçin Manafovun da nənəsi sayılır.

Xatırladaq ki, Mustafa Sübhi XX əsrin 20-ci illərində Türkiyə kommunist partiyasının qurucusu və əqidəsinə görə ateist olub. 1921-ci ildə Trabzonda bir neçə kommunist yoldaşı ilə birgə ələ keçirilib və güllələnələrək cəsədi dənizə atılıb./faktxəbər/
1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03