Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Suriyada belçikalı terrorçu ölkəsini terrorla hədələdi (Video)

Brayan de Mulder You Tube saytında yerləşdirdiyi video çəkilişdə Belçikada terror aktları törədəcəyini deyib
Müəllif

Dünya Suriyada döyüşmüş Belçikanın Antverpen şəhərinin sakini Brayan de Mulder "You-Tube" portalında yerləşdirdiyi video çarxda Belçikada terror aktları törədəcəyini elan edib.

Ans-in xarici mətbuata istinadən verdiyi məlumata görə, keçmiş döyüşçü xüsusilə də 20 ildir Bekçikanın müdafiə naziri olan Piter de Kremi və məşhur Niderland parlamentinin anti-islamçı deputatı Gert Vildersi hədələyib.

Mulder, "Piter və Vilders, siz satqınları məhv edəcəyik və buna görə də minalanmış avtomobillərə minməyin" - deyə onlara hədə-qorxu gəlib. Belçikalıları əllərinə silah götürərək, Suriyaya döyüşlərdə iştirak etməyə dəvət edən Mulder bildirib ki, bu ölkədə şəriəti bərpa etmək lazımdır.

Onun təhdidləri artıq hakimiyyət tərəfindən ciddi qəbul edilib Hal-hazırda xüsusi xidmət orqanları video-çəkilişi araşdırmaqla məşğuldur.

Qeyd edək ki, Brayan de Mulder bu ilin yanvar ayında Suriyaya gedib və "Əl-Qaidə" terror təşkilatının silahlı qruplaşmalarından birinə daxil olub. Onun hazırda Suriyanın Aleppo şəhərində olduğu qeyd olunur.


1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı