Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Alman kəşfiyyatında daha bir qalmaqal

Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) yeni dinləmə qalmaqalı ilə gündəmə gəlib.

Avropa ölkələrinə qarşı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) üçün dinləmə keçirən BND bu dinləmələrdən özü üçün də istifadə edib.

“Şpigel Onlayn”ın məlumatına görə, təşkilat 2013-cü ilin sonuna qədər Avropa Birliyinin səfirlikləri və digər əməkdaş ölkələrə qarşı gizli məlumat toplayıb. Dinlənən ölkələr arsında ABŞ və Fransanın xüsusi xidmət orqanları da iştirak edib.

Federal Məclisin kəşfiyyat xidmətlərinə nəzarət edən Parlament Nəzarət Komitəsi məsələ ilə bağlı hesabat verib. Komitənin məlumatına görə, dinlənilən açar sözlərin sayı dördrəqəmli ədədə çatıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel 2013-cü ildə NSA-nın mobil telefonları dinlədiyi ortaya çıxdıqdan sonra “Dostlar arasında dinləmə olmaz”, - deyərək reaksiya verrmişdi./axar/
506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber