Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Suriya ordusu hücuma keçdi: Xüms azad edilir

Suriya ordusu ölkənin şimalında Nüsrə Cəbhəsi terrorçularının nəzarət etdiyi Xüms vilayətində genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Əməliyyatlara Rusiya döyüş təyyarələri havadan dəstək verir.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, hökumət qüvvələri artıq iki kəndi terrorçulardan azad edib.

Xümsdə başlanan əməliyyat Suriya ordusunun oktyabrdan bəri atdığı 3-cü mühüm addımdır. Ordu öncə Həmada əməliyyata başlamış, 10-a yaxın kəndi azad etmişdi. Daha sonra hökumət qüvvələri İdlibə doğru irəliləmişdi.

Ordunun ikinci böyük əməliyyatı Dəməşqin şərqində yerləşən Cobar bölgəsində olub./axar/
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber