Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Putin Obamanı öz «silahı» ilə «vurdu»

Bir neçə gün əvvəl ABŞ-ın CBS telekanalında efirə gedən «60 dəqiqə» proqramına qonaq olan prezident Barak Obama rusiyalı həmkarı Vladimir Putinin Suriya ilə bağlı mövqeyini zəif adlandırmışdı.

«Suriya regionda Rusiyanın yeganə müttəfiqi idi. Bu gün Putin Suriyanın dəstəyinə arxalana bilmir və əvəzində bütün ordusunu bu ölkəyə tökərək özünün yeganə müttəfiqinə cüzi də olsa yardım etmək istəyir» deyən Obama bildirmişdi ki, öz iqtisadiyyatını məhv edib ordunu Suriyaya göndərməklə Putin mövqeyinin nə dərəcədə zəif olduğunu ortaya qoyub.

Həmin vaxt ABŞ prezidentinin bu sözlərinə Putinin mətbuat katibi Dmitri Peskov səviyyəsində reaksiya verilmişdi. Peskov bildirmişdi ki, Rusiya prezidentinin məqsədi Suriya məsələsində liderlik nümayiş etdirmək deyil. Məqsəd, səyləri gücləndirib Suriyanın vahid dövlət kimi qorunub saxlanılmasına nail olmaqdır.

Vladimir Putin son açıqlaması ilə Obamanın məlum ifadəsini özünə qaytarıb.

Bu dəfə də Putin ABŞ prezidentinin Suriya ilə bağlı mövqeyini zəif adlanıdırıb: «Hesab edirəm ki, ABŞ-ın mövqeyi konstruktiv deyil, üstəlik zəifdir». Obamanın məlum iradına gəlincə, Putinin cavabı belə olub: «Belə görünür ki, gündəmdə mövzu qıtlığı var, danışacaq bir şey yoxdur».

Rusiya prezidenti ABŞ-ın Suriya məsələsində Moskva ilə əməkdaşlıqdan yayınmasının anlaşılmaz olduğunu da deyib: «Başa düşə bilmirəm ki, ABŞ bu məsələ ilə bağlı birbaşa dialoqdan imtina etdiyi halda niyə Rusiyanın Suriyadakı əməliyyatlarını tənqid edir?!»./strateg/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat