Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Qripə yoluxmamaq üçün təbii müalicə üsulları

Türkiyəli biorezonans mütəxəssisi Sinan Akkurt payız-qış aylarında geniş yayılan qrip virusuna yoluxmamaq üçün hər gün içdiyimiz suya limon sıxmağı tövsiyə edib.

Onun sözlərinə görə, iş yerində əlavə tədbir görmək üçün dezinfeksiyaedici vasitələrdən istifadə etmək lazımdır: “Ortaq istifadə edilən əşyalar, klaviaturalar, telefon, o cümlədən digər texniki avadanlıqlar dezinfeksiya edilməlidir. Ümumiyyətlə, bu virusa tutulmamaq üçün qrip olan insana 1.5 metrdən yaxın durmamalısınız”.

Sinan Akkurt soyuqdəymə və qrip kimi xəstəliklərdən əziyyət çəkməmək üçün düzgün qidalanmanın, normal yuxu rejiminin, idmanın əhəmiyyətini vurğulayıb.

Sinan Akkurt bildirib ki, aptekdən alınan dərmanlar, antibiotiklər soyuqdəyməni, qripi, öskürəyi, boğaz ağrısı və digər şikayətləri müvəqqəti olaraq aradan qaldıra bilər, amma tamamilə müalicə edə bilməz. O, evdə asanlıqla hazırlanan nanə-limonlu su, cök (ıhlamur), ekinezya çaylarının həm immun sistemini gücləndirdiyini, həm də viruslarla mübarizədə daha güclü olduğunu söyləyib.

Buxarlı duş və nanəli isti su
Biorezonans mütəxəssisi ev istirahəti ərzində gündə 1-2 dəfə bol buxarlı isti duş qəbul etməyi, otağın havasını mütəmadi olaraq dəyişdirməyi, hətta isti su ilə dolu qabdan - buxarda nəfəs almağı sağalma prosesini tezləşdirən amillər sayıb. Sinan Akkurt nanə və başqa bitkilərlə suyun buxarının təravətləndirici təsirini artırmağı tövsiyə edib.

Öskürəyə qarşı təbii müalicə üsulları
1 çay qaşığı zəncəfil, sarıkök və darçını bir xörək qaşığı balla qarışdıraraq məcun halına gətirin və 8 saat fasilə ilə gündə üç dəfə bir çay qaşığı udun.

Öskürəyi sakitləşdirmək üçün qəndə 2-3 damcı kəklikotu yağı damızdıraraq udun.

İlıq su ilə duş hərarəti 2 dərəcc aşağı sala bilər
Əgər hərarət 38 dərəcədən yuxarıdırsa, bir stəkan ilıq suya bir limon suyu əlavə edin. Bu suyun içinə pambıq və bez batıraraq ayaqları silib masaj edin. Bədəni ilıq su ilə silməklə qızdırmanı 2 dərəcə aşağı salmaq mümkündür.

Səhhətinizdə heç bir dəyişiklik olmazsa, mütləq həkimə müraciət edin./publika/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...