Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Rusiya Suriyada çeçen mücahidi öldürdü

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının lideri, əslən çeçen olan “general” Əbu Bəkr Əş-Şişani öldürülüb.

Bu barədə RİA Novosti-yə Suriyadakı hərbi mənbə məlumat verib.

“Oktyabrın 14-də Rusiya aviasiyasının Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup yaraqlı məhv edilib”, - deyə mənbə bildirib.

Elə həmin gün Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb.

Bildirilir ki, öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anas da olub./virtualaz/
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP