Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2015

Azərbaycanda yol qırğını: 8 nəfər öldü

Ölənlərdən 7-si piyadalardır

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalar 8 nəfərin həyatına son qoyub. Sutka ərzində ümumilikdə 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində dünyasını dəyişən 8 nəfərdən başqa 11 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzalarda ölənlərin əksəriyyəti piyadalardır. Dünən Göyçay və Goranboy rayonlarının baş vermiş piyadavurmaların hər birində 2 nəfər ölüb.

Bundan başqa Şabran, Bərdə və Gəncənin Nizami rayonlarında da avtomobillərin vurduğu piyadalar dünyasını dəyişib.

Bakı-Sumqayıt yolunun 19-cu kilometrliyində "Tofaş"ın maneəyə çırpılmsı nəticəsində isə 44 yaşlı sürücü həyatını itirib./lentaz/
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber