Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2015

Rusiya qırıcıları və Suriya ordusu böyük əməliyyata başladı

Suriya ordusu Xüms şəhərinin şimalında müxalifət güclərinin olduğu bölgələrə genişmiqyaslı hücuma başlayıb.

Əməliyyat Rusiya aviasiyasının dəstəyi ilə keçirilir.

Suriya dövlət televiziyası günün ilk saatlarında başlayan əməliyyatda əvvəlcə topçu birliklərin müxalifətin nəzarətində bölgələri atəşə tutduğunu, daha sonra quru qüvvələrin hərəkətə keçdiyini xəbər verib.

Xüms şəhərinin təxminən 5 kilometr şimalında yerləşən Teir Malla və Talbiseh qəsəbələrində şiddətli döyüşlər gedir. Əməliyyata İran İslam İnqilabı Keşikçilər Korpusunun tərkibindəki “Qüds” komandiri general Qasım Süleymaninin rəhbərlik etdiyi bildirilir.

“Reuters” agentliyinə danışan suriyalı bir səlahiyyətli Suriya ordusunun əsl hədəfinin Hələb olduğunu söyləyib. Paytaxt Dəməşq və Hələb arasında yerləşən Xüms şəhəri Suriyanın qərbində Bəşər Əsədin təsirli olduğu əraziləri bir-birinə bağlayır.
781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 09:36
TRAMP VƏ NETANYAHUNUN Q