Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2015

Putin: “Xəzərdən İŞİD-in vurulması tam qanunidir”

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitində Xəzər üzərindən İŞİD mövqelərinin qanadlı raketlərlə vurulmasını tam qanuni olduğunu bəyan edib.

“Xəzər donanmasının gəmilərinin iştirakı ilə aparılan əməliyyat tam legitimdir və beynəlxalq hüququn bütün tələblərinə cavab verir. Bu zərbələr prezident Bəşər Əsədin rəsmi müraciətinə əsaslanır”,- deyə Putin bildirib.

Putinin sözlərinə görə, əməliyyat terrorçulara qarşı keçirilir və müəyyən vaxtdan sonra dayandırlılacaq: “Əməliyyat ciddi müəyyən edilmiş çərçivədədir. Aviasiya yalnız terrorçu qruplara qarşı istifadə olunur. Müvəqqəti məhdudiyyəti olan bu əməliyyat Suriya ordusunun hucuma başlanmasına qədər davam edəcək”.

Rusiya prezidentinin sözlərinə görə, havadan və dənizdən aparılan əməliyyat əvvəlcədən suriyalılarla razılaşdırılıb: “Ciddi nəticələr əldə edilib. Yüzlərlə terrorçu öldürülüb, onlarla idarəetmə məntəqəsi, hərbi texinkaları məhv edilib”.

Putin qeyd edib ki, bütün bu situasiya MDB ölkələri arasında beynəlxalq terrora qarşı mübarizə üçün əməkdaşlığın aktuallığını artırıb: “Müxtəlif məlumatlara görə, İŞİD tərəfində Rusiyadan və MDB-dən olan 7 min şəxs vuruşur. Biz yol verə bilmərik ki, onlar Suriyada qazandığı təcrübəni bizim evdə həyata keçirsinlər”.

Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiya edilməsinin vacibliyini bildirib. O, xüsusi olaraq MDB-nin sərhədlərindəki vəziyyəti ciddi şəkildə nəzarət olunmasının vacibliyini qeyd edib.
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber