Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

İlqar Məmmədova fiziki təzyiq xəbəri yayıldı

Oktyabrın 16-da ReAL Hərəkatının sədri İlqar Məmmədova saxlandığı 2 saylı cəzaçəkmə müəssəsində fiziki təzyiq göstərilib. Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Məlumata görə, vəkili Fuad Ağayev İlqar Məmmədovun yanında olub. O, gedəndən sonra həbsxana rəhbərliyi İlqar Məmmədovu yenidən danışığa çağırıb və söhbətin sonunda İlqar Məmmədova fiziki təzyiq olunub. Söhbətin nə mövzuda olduğu bəlli olmasa da, son dövrlərdə İlqar Məmmədov özü də ona olunan təzyiqlərin əfv ərizəsi yazmaq istiqamətində olduqunu bildirirdi.

Hazırda vəziyyəti dəqiqləşdirmək mümkün deyil, sabah şənbə günü olduğu üçün vəkillərin ziyarəti yeni qaydalara uyğun olaraq imkansızdır.

Mənbə onu da deyir ki, 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Eyvaz Əsgərovdur: “Görünür, Arif Əsgərov İlqar Məmmədovdan qol gücünə əfv ərizəsi aldırmaqla özü prezidentin əfv siyahısına düşmək istəyir”

Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, o da bu barədə eşidib. Amma dəqiq heç nə deyə bilməz: “Şənbə və bazar günləri İlqar Məmmədovla görüşmək mümkün deyil. Ona görə də məsələni gələn həftənin əvvəli araşdıracam. Ancaq mətbuat bu məsələni gündəmdə saxlamalıdır”./azadlıq/
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22