Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Bir diskə görə adama 10 il iş vermək nə deməkdir?

Azərbaycan Birlik Təşkilatı sədri Vüsal Hətəmov: Mən başa düşmürəm, hüquqi təşkilatlar hara baxır, insan haqlarından dəm vuranlar niyə məsələyə isti yanaşmır?
Vüsal Hətəmov "Azadxeber.net" saytının baş redaktoru Nicat Əliyevin 10 il azadlıqdan məhrum edilməsinə şərh verdi:
“Biz təşəbbüskarı və həmtəsisçisi olduğum Müstəqil Jurnalistlər Assosasiyası (MJA) adından da, sədri olduğum Azərbaycan Birlik Təşkilatı adından da məhkəmənin bu ədalətsiz qərarını pisləyirik. Nicat Əliyevin jurnalist fəaliyyəti hamıya məlum idi. Birdən-birə jurnalistin şərlənib, gülünc ittihamlarla həbs olunması ölkəmiz üçün üzqarasıdır. Bütün bunlar söz azadlığının kəskin pozulmasına, mediaya təzyiqin artmasına gətirib çıxaracaq. Mən başa düşmürəm, hüquqi təşkilatlar hara baxır, insan haqlarından dəm vuranlar niyə məsələyə isti yanaşmır? Məhkəmə sistemi, prokurorluq orqanları cavan-cavan vətəndaşlarımızın niyə həyatlarını puç etməlidir? Kimə işləyir bu məmurlar? Ağır cinayətkarlara verilən maddənin günahsız Nicat Əliyevə verilməsi hansı mesajdan xəbər verir? Yəni ay jurnalistlər, danışmayın, dinməyin, sizi də tutarıq? Heç insan qatilinə 10 il iş verilmir. Bir diskə görə adama 10 il iş vermək nə deməkdir?”/Birlik.az/
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30
<