Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Dünənki yağışdan sonra Bakı avtovağzalı ərazisində yeni çatlar əmələ gəlib

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki sürüşmə davam etməkdədir.

Ddünən gecə yağan yağışdan sonra asfalt örtüyü tökülmüş ərazidə yenidən çatlar əmələ gəlib.

Xatırladaq ki, bu ərazidəki təhlükə mənbəyi hələ də qalır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də təsdiqləyib.

Ə.Piriyev deyib ki, avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır. O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək: “Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orada tədqiqat işləri aparılmalıdır, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var”./virtualaz/
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu