Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

ABŞ tarixi şəhəri İŞİD-ə satdı

ABŞ-ın 14 ay ərzində edə bilmədiyini Rusiya 10 gün ərzində həyata keçirdi.

Bu sözləri “Sputnik” agentliyinə müsahibəsində Dəməşq Araşdırma Mərkəzinin əməkdaşı Türki Həsən deyib. O, koalisiya qüvvələrinin hava hücumlarından sonra İŞİD-in qəribə şəkildə zəifləmək əvəzinə gücləndiyini bildirib:

“Rusiya Suriyaya müdaxilə etmək üçün 14 ay gözlədi. ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD-ə qarşı müvəffəqiyətsiz olduğunu hər kəs etiraf etdi. Bu hücumlar olduğu zaman İŞİD daha da gücləndi. Təşkilata ayda 1000 yeni terrorçu qatıldı, gəlirləri artdı. ABŞ-ın 14 ayda edə bilmədiyini Rusiya 10 gün ərzində həyata keçirdi. ABŞ İŞİD-i vurmaq istəmirdi. ABŞ Rakka çölündən keçib Palmiraya gedən zaman da İŞİD-i vurmadı, bundan əlavə həmin zaman İŞİD-i bombalamaq istəyən Suriya qırıcılarına da mane oldu”.

Qeyd edək ki, Palmira bu ilin mayında İŞİD tərəfindən tutulub./axar/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber