Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Səudiyyə şokda: Yəmən ballistik raketlə nəhəng hərbi bazanı vurdu

Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı ordusunun ən iri və mühüm hava bazasına ballistik raket zərbəsi endirib.

Bu barədə Yəmənin “əl-Ettehad Press” informasiya saytı məlumat yayıb.

Ballistik raket hücumunda 66 zabit və 2 komandan həlak olub, 26 ədəd F-16 qırıcısı və hərbi helikopter məhv edilib. “Yəmən ordusunun dünən Ərəbistanın Əsir vilayətində yerləşən Xəmis Məşit hərbi hava bazasına atdığı ballistik raket son dərəc yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik olub. Bu ballistik raket Ərəbistanın Xəmis Məşit bazasına ciddi zərər vurub. Raket zərbəsinin ardınca bazada başlayan partlayışlar 8 saat davam edib. Bazadan yüksələn alov və tüstü dumanı uzaq məsafədən müşahidə etmək mümkün olub”,- deyə xəbərdə qeyd olunur.

Bir sıra hökümət mənbələri bildirib ki, hücum nəticəsində Səudiyyə Ərəbistanın 17 ədəd F-16 qırıcısı və 9 ədəd Apaçi tipli helikopteri məhv edilib. Həmçinin, ballistik raket hücumu nəticəsində Ərəbistanın Xəmis Məşit hərbi hava bazasında olan iki raket platforması və bir böyük silah ambarı tamamilə dağıdılıb.

Hücumun insan tələfatına gəlincə isə müxtəlif dərəcəli 66 zabitin öldüyü və 299 zabitin də yaralandığı bildirilir.

Raket hücumu nəticəsində hərbi bazanın 83 işçisi də ölüb.

Hərbi bazada olan 2 yüksək rütbəli komandan da Yəmən ordusunun raket hücumu nəticəsində həlak olub. Hələ ki, bu komandanların kimlikləri elan edilməyib.

Bu raketin buraxılması ilə bağlı təsvirlər daha sonra Yəmən ordusu və xalq qüvvələri tərəfindən yayımlanıb./strateg/
426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı