Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Rusiya: “İŞİD hədəfləri məhv edilir, terrorçular qaçır”

Rusiya Baş Əməliyyat Dairəsinin başçısı Andrey Kartapolov son 1 həftədə İŞİD-ə qarşı keçirilən əməliyyatlarla bağlı məlumat verib.

Kartapolov 394 əməliyyat zamanı İŞİD-ə məxsus 346 hədəfin məhv edildiyini deyib:

“Əməliyyatlar nəticəsində ciddi itkilər verən İŞİD terrorçuları yeni taktika seçib. Rusiya bombardmanlarından qorunan terrorçular mülki vətəndaşların arasında gizlənir. 30 sentyabrdan bəri 115-i gecə olmaqla 669 əməliyyat keçirilib. Əlimizdəki məlumatlara görə, bu günə qədər İŞİD-ə məxsus 456 hədəf vurulub. Əməliyyatlar nəticəsində terror təşkilatının infrastruktur sistemlərinə, sursat anbarlarına və nəzarət nöqtələrinə ciddi zərbələr endirmişik”.

General-leytenant əməliyyatlar intensivləşdikdən sonra terrorçular arasında fikir ayrılığı yarandığını deyib.

“İŞİD terrorçuları indi fərdi şəkildə mübarizə aparır. Onlar daha çox dağlıq, meşəlik bölgələrə və yaşayış məntəqələrinə qaçır. Terrorçular arasında liderlik uğrunda mübarizə genişlənir, narazılıq artır. Məlumatlara görə, təşkilatda itaətsizlik hadisələri yaşanır, fərari sayı artmaqdadır. Hər gün təxminən 100-ə yaxın İŞİD terrorçusu miqrant cildində Türkiyəyə keçir”, - deyə nazirlik rəsmisi qeyd edib./axar/
590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP