Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Rusiya Müdafiə Nazirliyi: “Ehtiyac yaransa, İraqa da girəcəyik...”

İraq hökuməti hələlik müvafiq xahişlə müraciət etməsə də, Rusiya bu ölkəyə İŞİD terror qruplaşması ilə mübarizədə hərbi kömək göstərilməsi məsələsinə baxmağa hazırdır.

Rusiya qaynağının verdiyi məlumata görə, bu barədə Moskvadakı təhlükəsizlik konfarnsında Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

“Onu deyə bilərəm ki, bu günə Bəşər Əsəddən aldığımız müraciət kimi İraqdan analoji xahiş almamışıq. Əgər belə bir müraciət daxil olsa, təbii ki, müvafiq qaydada ona baxılacaq” – qeyd edib nazir müavini.

Onun sözlərinə görə, Kremldə Əsədin yazılı müraciəti var və Rusiyanın Suriyadakı hərəkətləri beynəlxalq hüquqa uyğun olmaqla legitim əsasa malikdir./Musavat/
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP