Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Bakıda 8 yaşlı uşaq avtobusun qurbanı oldu

Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib

Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 9-u saat 19 radələrində Buzovna qəsəbəsi Abşeron küçəsində qəsəbə sakini Əyyub Hüseynovun idarə etdiyi «VAZ 2107» markalı avtomobil ilə və Ağdaş rayon sakini Vüsal Bağırovun idarə etdiyi və 171 saylı xətt üzrə hərəkət edən «Daevoo» markalı avtobus toqquşub. Nəticədə, «VAZ 2107» markalı avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aqil Məmmədov xəsarət alaraq xəstəxanasına yerləşdirilib və dekabrın 10-da orada ölüb./xəzərxəbər/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber