Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2015

Slovakiya: “Əsədsiz İŞİD-lə səmərəli mübarizə aparmaq olmaz”

Slovakiyanın baş naziri Robert Fitso Suriyada İŞİD-ə qarşı mübarizədə Rusiya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın öz fəaliyyətini əlaqələndirməyə çağırıb.
TASS xəbər verir ki, bu barədə o, şənbə günü Slovakiya radiosuna müsahibəsində bildirib.
"Ən ağlabatan Suriya ərazisində İŞİD-in hədəfləri üzrə zərbələri əlaqələndirmək olar ", - deyə o bəyan edib.
Fitsonun sözlərinə göbrə, Qərb koalisiyası Rusiya ilə səmərəli əməkdaşlıq qurmalı və onun ünvanına ittihamlardan əl çəkməlidir. O əlavə edib ki, İŞİD-lə danışıqlar yolu ilə razılığa gəlmək mümkün deyil, terrorçunu yalnız güc ilə dayandırmaq olar.
Robert Fitso hesab edir ki, İŞİD-lə mübarizədə Suriya prezidenti Bəşər Əsəd mühüm rol oynayır.
"Əsədsiz Suriyada daxili siyasi vəziyyəti yoluna qoymaq və İŞİD-lə səmərəli mübarizə aparmaq olmaz. Bu terror qruplaşması indi daha çox təhlükəlidir", - deyə Slovakiya hökumətinin başçısı bildirib.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber