Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

Vahid Məhərrəmov: «Qiymətlərin artmayacağını birmənalı şəkildə demək mümkünsüzdür»

Azərbaycanda noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz artıb. O cümlədən, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən “trend”ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalı, arpa, yaşıl lobya, lobya dəni, göyərti, meyvə və tərəvəz məhsullarının qiyməti də artıb.
Əslində, bir xeyli əvvəldən başlayaraq qiymətlər tədricən artır. Büdcə təşkilatlarında çalışanların maaşı 10 faiz artandan sonra qiymətlərdə müşahidə edilən qalxmalar indi aşkar şəkildə görünməyə başlayıb. Bu baxımdan, qiymətlərin birdən-birə artdığını demək olmaz.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov da o fikirdədir ki, bu məhsulların qiymətinin artması enerji daşıyıcılarının qiymətinin artmasıyla bağlı deyil. Ekspertin sözlərinə görə, tələb-təklif və psixoloji amil burada əsas rol oynayır: “Psixoloji amil onunla əlaqədadır ki, hansı məhsulun mövsümü yekunlaşırsa, onun satışıyla məşğul olan sahibkarlar qiyməti artırmağa çalışır. Bu, süni amil olsa da, bazarda mövcuddur. Bu, xüsusən Azərbaycanın özünə xas olan əlamətdir. Ölkədə məhsul qıtlığı olduğu üçün ölkəyə daha çox xaricdən idxal olunur. Ərzaq və kənd təsərrüfatı məhsulları sahəsində inhisarçılar yaranmış vəziyyətdən sui-istifadə edərək, qiyməti qaldırırlar. Bazarda məhsul qıt olduğundan, bu da istehsalçılara və tədarükçülərə imkan verir ki, bazarda manipulyasiya edib nisbətən baha qiymətə satsınlar. O da var ki, xaricdə qiymət artımı bizdəki kimi sıçrayışla baş vermir”.
Ekspert onu da vurğulayır ki, qiymətlərin yenidən artmayacağını birmənalı şəkildə demək mümkün deyil. Bazarın hazırkı durumu burda öz rolunu oynayır. Bu baxımdan qiymət artımı qaçılmazdır./azadlıq/
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber