Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2015

 «Əl-Qaidə» lideri öldürüldü

Suriyda «Əl-Qaidə» liderlərindən Sənafi ən-Nəsr qətlə yetirilib. Ən-Nəsrin Suriyanın Hələb şəhərinə endirilən hava zərbələri zamanı həyatını itirdiyi bildirilir.

Bu barədə İranın «Fars» agentliyi məlumat yayıb.

«Əl-Qaidə»nin nəzarətində olan «Ən-Nüsra Cəbhəsi» xəbəri təsdiqləyən açıqlama yayıb.

Qruplaşma Sənafi ən-Nəsrin həqiqətən öldürüldüyünü bəyan edib və sosial şəbəkələrdə bununla bağlı fotolar da yerləşdirib.


«Qələbə Komitəsi»nə rəhbərlik edən Sənafi qruplaşmanın nüfuzlu fiqurlarından biri idi və strategiyaların hazırlanıb həyata keçirilməsinə cavabdehlik daşıyırdı. 

«Fars» agentliyinin məlumatına görə, aviazərbələr nəticəsində daha iki tanınmış terrorçu – səudiyyəli Abdul Malik əl-Cazraui və mərakeşli Əbu Əsir əl-Məqrebi də həlak olub.

Qeyd edək ki, cümə günündən Bəşər Əsəd ordusunun, Rusiya təyyarələrinin və «Hizbullah» qüvvələrinin birgə iştirakı ilə Hələb şəhərində terrorçuların məhv edilməsi üçün əməliyyat başladılıb.  

518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27