Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Qəzzafinin qızı sığındığı Əlcəzairdən çıxarılıb

Ailəsiylə Əlcəzairə sığınan Aişə Qəzzafinin evdə yanğınlar çıxardığı üçün səlahiyyətlilər tərəfindən ölkədən qovulduğu bildirilir, - Milliyet.

Anası Səfiyə və qardaşları Məhəmməd və Haniballa birlikdə ölkənin cənubundakı bir malikanədə dövlət mühafizəsi altında yaşayan 37 yaşlı Aişə Qəzzafinin atasının və ərinin ölümünə görə tez-tez depressiyaya girdiyi, evdə yanğınlar çıxarıb onu qoruyan hərbi şəxsi heyətə hücum etdiyi bildirilir.

Ən-Nahar qəzetinin xəbərinə görə, olanlarla əlaqədar Əlcəzairi günahlandırmağa başlayan A.Qəzzafinin prezident Əbdüləziz Buteflikanın bir portretini parçalaması isə səbrləri daşdırıb. Aişə Qəzzafi 2012-ci ilin oktyabrından bu yana ailənin digər üzvləriylə birlikdə İordaniyada yaşayır./deyerler/
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın