Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2015

İraqda bir əyalət İŞİD-çilərdən təmizləndi

İraq hərbi qüvvələri və Həşd Şəbi qəhrəmanları Biyci əlayətini tamamilə İŞİD-dən azad edib.

Bu məlumatı İraqın Müdafiə Nazirliyi yayıb. Məlumatda həmçinin Ənbar vilayətində də uğurlu əməliyyatlar keçirildiyi, Əlbu Fərac və Telmişəhidə qəsəbələrindəki İŞİD hərbi birləşmələrinə ağır zərbələr vurulduğu qeyd olunur: “Bu qəsəbələr uğrundan gedən döyüşlərdə ən az 22 terrorçu öldürülüb. İki düşmən postu, 3 hərbi texnikası sıradan çıxarılıb”- İraq Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Qeyd edək ki, İŞİD-çilərdən azad olunan Biyci zəngin neft yataqlarıyla və neftayırma müəssisələriylə tanınır. İŞİD-in əsas gəlir mənbəyi sayılan bu əyalətin ələ keçirilməsi "xilafətçilər" üçün ağır itki deməkdir.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi