Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2015

Keçmiş səfirdən MTN-in keçmiş şefi haqqında şok açıqlamalar

Azərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı səfiri olmuş diplomat Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi ilə bağlı ilginc açıqlama yayıb. O, facebook səhifəsində Mahmudovun “vurulma” səbəblərinə dair mülahizələrini və məlumatlarını paylaşıb. Mətn rus dilindədir.
Keçmiş səfir iddia edir ki, bu, Mahmudovun ölkə başçısının qəzəbinə tuş gəldiyi ilk hal deyil. Bir dəfə də o, biznes strukturlardan birindən şantajla çox böyük məbləğ alıb və onu lazım olduğu üzrə ümumi katyola çatdırmayıb. Bu barədə İlham Əliyev xəbər tutanda o, vəzifəsini itirməyin bir addımlığında olub. Lakin tutduğu əmələ görə böyük məbləğdə cərimə ödəyərək vəziyyətdən çıxa bilib. Keçmiş səfirin yazdığına görə, həmin vaxt Mahmudovun vəziyyətdən çıxmasına onun ailəsinin prezidentin ailəsi ilə yaxın münasibətləri də təsir göstərib.
Arif Məmmədov iddia edir ki, Mahmudov həqiqətən də Beynəlxalq Bankdan böyük məbləğdə pul götürüb və pulların əhəmiyyətli hissəsi yoxa çıxıb. Müəyyən edilmiş vaxtda o götürdüyü vəsaiti qaytara bilməyib. Bundan başqa, götürülən pullar Mahmudovun başqa bir qohumu Çingiz Əsədullayevin rəhbərlik etdiyi Azəriqazbank üzərindən üçüncü ölkələrə ötürülüb.
Keçmiş səfirin yazdığına görə, Mahmudov İsrail kəşfiyyatı ilə güclü şəxsi əlaqələr yaradıb. Bu isə Moskvanı narahat etməyə bilməzdi. Arif Məmmədov güman edir ki, Moskva keçmiş nazirlə bağlı hansısa ciddi kompromat əldə edib və onu Astanada prezidentlərin görüşündə İlham Əliyevə çatdırıb.
Keçmiş səfir onu da iddia edir ki, Mahmudov hakimiyyətdə bir çox məşhur nazirlərində daxil olduğu iri klanlardan birinin başçısına çevrilmişdi. O, həmin nazirləri Prezident Administrasiyasının təsirlərindən qorumaqla məşğul idi.
Arif Məmmədov keçmiş naziri hədəfə gətirən səbəblərdən sonuncusu kimi 2011-2012-ci illərdə özünün (yəni Arif Məmmədovun) həbsi barədə Prezident Administrasiyasından verilən göstərişi onun (Eldar Mahmudovun) rədd etməsini göstərir. Keçmiş səfir bunun üçün keçmiş nazirə minnətdar olduğunu da qeyd edib.
Arif Məmmədov iddia etdiyi səbəblərdən sonra Mahmudovun vəzifədən çıxarılmasının doğura biləcəyi nəticələr barədə də mülahizələrini bölüşüb:
– Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yaqin ki, o buna sərt cavab verəcək.
– Mahmudovun oyundan çıxması onun çevrəsindəki nazirlərin onsuz da zəifləmiş mövqelərini bir az da zəiflədəcək. Prezident Administrasiyası nəhayət, o nazirlər qrupunu asanlıqla uda biləcək. Bu isə hakimiyyətdə kollapsı daha da sürətləndirəcək.
– Nəzərə alınsa ki, MTN keçmiş nazirin yaxın adamlarından ibarət olmaqla komplektləşdirilib, bu nazirlik eynən XİN kimi, uzun müddətə fəaliyyət qabiliyyətini itirəcək.
– Bəlli olduğu kimi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bu nazirliyin şəxsən Mahmudova sadiq olan çoxlu sayda əməkdaşları çalışır. mümkündür ki, onlardan bir neçəsi diplomatların nümunəsindən yararlanacaq və geri qayıtmaqdan imtina edəcək, xarici ölkələrdən siyasi sığınacaq alacaq.
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19