Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2015

Ermənilər 2 Tovuz sakinini güllələdi - Foto

Düşmənin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində 2 dinc sakin yaralandı.

TTV xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb. Kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.




796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat