Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2015

“49 hədəf məhv edildi, İŞİD Dəməşqdən çıxır”

Rusiya Müdafiə Nazirliyi Suriyada keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.

Nazirliyin sözçüsü İqor Konaşenkov Rusiya döyüş təyyarələrinin İŞİD-ə məxsus 49 hədəfin məhv edildiyini açıqlayıb.

Əməliyyatlar Hələb, İdlib, Latakiya və Həmada baş tutub.

“Rusiya reaktivləri son 24 saatda iki qərargah, 3 silah-sursat anbarı, iki yeraltı sığınacaq, 32 düşmən mövqeyi və 1 partlayıcı deposunu məhv edib. Son əməliyyatlardan sonra İŞİD Dəməşqi tərk etməyə başlayıb”, - deyə Konaşenkov qeyd edib.

General-mayor Rusiya təyyarələrinin İdlibdə Nüsrə təşkilatına məxsus bir qərargahı da vurduğunu deyib./axar/
552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44