Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

Əliyev siyasi korrupsiyadan niyə danışmır?

Əliyev 1500 manat maaş alan nazirin milyonçuya çevrildiyini görmür?

Hər dəfə ölkə başçısının sədrliyi ilə maraqlı müşavirələr keçirilir və bu müşavirələr geniş müzakirə obyektinə çevrilir. Xüsusilə də məmur özbaşınalığı, korrupsiya, monopoliya ilə bağlı səslənən fikirlər böyük effekt yaradır.

Adamlar bir-birinə “prezidentin xəbəri var imiş” təəccübünü bölüşür. Bu mənada son müşavirədə səslənən fikirlərin öz yeri var. Sahibkarların sıxışdırlaması, maddi təmənnaya görə yoxlamalar aparılması, müxtəlif sahələrdəki monopliya halları, qanunsuz varlanma və digər məqamlara toxunuldu. Bir daha qeyd edirik ki, ölkə başçısı etiraf etdi ki, ən xırda qanunsuzluq ənənələrindən də xəbərdardı.

Belə bir məqamda ciddi sual yaranır. Ölkə başçısı siyasi korrupsiyadan niyə danışmır? Niyə hamının gördüyü yekə həqiqətləri dilə gətirmir?

1500-200 manat əməkhaqqı alan nazir necə olur ki, böyük media-holdinqlərə sahib olur, partiya maliyyələşdirir, kurasiyasında deputatlar saxlayır, müəyyən QHT sektoruna hamilik edir? Ölkə başçısı ətrafındakı qol-qanadına niyə əl etmir ki, bu qədər varidatı hardan almısan?

Axı ölkə başçısı tez-tez harınlardan, qanunsuz yollarla varlananlardan söhbət açır, villaları sökdürür və günahkarların cəzalanacağını vəd verir. Bu mümkün deyil ki, Əlinin, Vəlinin, Pirvəlinin gördüklərini ölkə başçısı görməsin. Yumurtanın qiymətindən, obyektlərdə aparılan yoxlamalardan, əsassız lisenziya tələblərindən xəbərdar olan ölkə başçısı, iri şirkətlərə, media-holdinqə, milyonluq malikanələrə, ölkə xaricində biznes imperiyasına sahib olan məmurları tanımasın. Məsələ burasındadır ki, ölkə başçısı mətbuatı ardıcıl izlədiyini də bildirmişdi. Belə olan halda təyin etdiyi nazirlərin, icra başçılarının varidatından xəbərdar olmaq şansı daha da artır. Bəs, niyə bu adamlara demir ki, 1500 manatla milyonçuya necə çevrilmisən?

Bəli, əlahəzrətin ətrafındakı vəzir-vəkili siyasi korrupsiyanın zirvəsinə dırmaşıb. Əlahəzrət isə dərədə koma düzəldənlərdən danışır.

Əslində, məlum müşavirədə səslənən fikirlərin əsas ünvanı həmin yığıncaqda oturanlar olmalıydı. Deməli, bütün tənqidi fikirlər, günahkar axtarışı növbəti şou idi. Əks halda siyasi korrupsiya ilə məşğul olanlar çoxdan sıradan çıxmalı idi.

Amma bir həqiqət də var ki, əlahəzrətin öz bioqrafiyasında da düyünlü məqamlar var və buna aydınlıq gətirilmir. Ən azı tez-tez araşdırmaçı jurnalistlər hakim ailənin dünyadakı var-dövlətini aşkar edirlər və bu faktları hökumət təkzib eləmir.

Belə çıxır ki, “harınlamış”, “qanunsuz varlanan”, “korrupsioner” deyəndə, xırda fiqurlar nəzərdə tutulur. Məsələ bu qədər sadədir və heç bir islahatdan söhbət gedə bilməz./azadlıq/
513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı