Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

Bu rejimə xidmət heç kimi sığortalamır

Əjdahaya hər gün bir qurban lazımdı

Bu ölkədə komitə sədri, icra başçısı, nazir müavini, nazir olmaq olar. Bunun üçün rejimə sədaqət göstərmək, ümumi kassaya “nəzir” vermək, mədhiyyələr söyləmək bəs edir. Sadəcə olaraq bu ölkədə heç bir vəzifənin zəmanəti yoxdur.

Yəni bıçaq sümüyə dirənəndə, ümumi qaydaları pozanda, ümumi kassanın ödənişini gecikdirəndə bütün xidmətlər, sədaqət yox olur. Əvəzində həbs təhlükəsi, şərlənmək, “erməni” damğası almaq, köhnə cinayətlərlə qarşılaşmaq var. Yəni bu hakimiyyət üçün heç bir mənəvi dəyər, dostluq, güzəşt anlayışı yoxdur. Necə ki, müxalifətçiləri şərləyib həbs edirlər, təzyiqlərə məruz qoyurlar, eləcə də uzun illər çiyin-çiyinə çalışdıqları adamları qurban verirlər. Düzdür, müxalifətçilərdən fərqli olaraq, “vurulan” məmurlar həqiqətən də çirkabın içində olur. Sadəcə olaraq “vuran” da təmiz olmur. Daha dəqiq desək, böyük cinayətkar özündən aşağıda olan cinayətkarları aradan götürür ki, öz marağını təmin etsin.

Dünənə qədər bunların sevimlisi olan partiya sədrinə bu gün 450 imzanı çox görürlər, dünənə qədər süfrələrinin başında oturtduqları biznesmeni bu gün “bondatdel”ə göndərirlər, dünənə qədər “Şərəf”li olanı bu gün şərəfsiz çıxarırlar. Bəli, bu rejimin tabeçiliyində olub, sona qədər sığotalanmış yaşamaq mümkün deyil.

Uzun illər ərzində yığdığını, bir günün içində geri ala bilərlər. Üstəlik, bununla da kifayətlənməyib, bütün ətrafını budayarlar.

Ona görə də bu gün rejimin qarşısında təzim edənlər, haram pullardan bihuş olub, meydan sulayanlar, günahsız insanların şərlənərək həbs edilməsində vasitəçi olanlar, ciddi fikirləşməlidir. Fakt budur ki, hakim ailəyə yaxınlıığı ilə seçilən iş adamları, nazirlər çox əcaib şəkildə zərərsizləşdirilir. Yəni qızıl teşətə qan qusmaq məqamı qaçılmazdır.

Sözsüz ki, bu gün Eldar Mahmudov ətrafında baş verənlər, sabah o biri vəzifəliləri haqlayacaq. Hətta proses imkanlı müğənnilərə qədər uzanacaq. Ölkədə pul qurtarıb, “bulaq” quruyur və əjdahaya hər gün bir qurban lazımdı.

Əslində, bu gün baş verənlərdə böyük ibrət var. Hətta pis nümunələrdən də yaxşı nəticələr çıxarmaq mümkündür.

Bir sözlə, milyonlar sizi xilas etməyəcək. Hamınız təhlükədəsiniz./azadlıq/
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı