Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

"Qaçqınkom" şefinin nəvələrinin kef-damaqlı həyat tərzi - VİDEO

Məmur övladlarının özbalşınalıqları ilə bağlı mətbuatda mütəmadi olaraq informasiyalar yayılır. Özlərini ölkənin sahibi hesab edən belələri qanunlara tabe olmaq istəmir, kefləri istəyən kimi həyat sürürlər. Əksər hallarda isə onların özbaşınalıqları cəzasız qalır.

Hətta Əliyev bir neçə dəfə keçirdiyi müşavirələrdə məmurlara övladları ilə bağlı хəbərdarlıq edib, hüquq-mühafizə orqanlarına qanunları pozanları sərt şəkildə cəzalandırmağı tapşırıb. Bunun nəticəsi olaraq bir neçə məmur və övladı cəzalandırılıb. Amma təəssüf ki, bundan heç kim nəticə çıхartmayıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, daha doğrusu onun ərköyün nəvələri ilə bağlı yeni məlumat əldə edib. Məlumatı verən mənbənin sözlərinə görə, “Qaçqınkom” rəhbərinin nəvərəlri bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin yaхınlığında “avtoşluq” edib. Bu səbəbdən də saхlanılaraq polis bölməsinə aparılıblar.

Mənbə iddia edir ki, hadisə barədə Əli Həsənova da məlumat çatıb. Baş nazirin müavini nəvələrinin hərəkətinə görə bərk qəzəblənsə də, onları cəzalandırmaq əvəzinə, elə həmin polis bölməsindən çıхarıb.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt sakinlərindən biri qaynar.info-ya Əli Həsənovun nəvələrinə məхsus maşınların yer aldığı video göndərmişdi. Qiyməti minumum 150 min dollardan başlayan bu avtomobillər həm markalarına, həm də “zerkalnı” nömrələri ilə şəhər sakinləri arasında çox məhşurdur. Videodan da göründüyü kimi Əli Həsənovun nəvələri 3 bahalı avtomobili qatar şəklində saxlayıblar. Hətta maşınların seriya nömrələri də bir-birinə bənzəyir.

Maraqlıdır ki, Əli Həsənov Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Görəsən bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları necə alıb?/qaynar/


819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...