Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

ABŞ Rusiyaya görə İraqı təhdid etdi

ABŞ İŞİD-ə qarşı mübarizə siyasətinin koordinatoru Con Allen İraq Baş naziri Heydər İbadi ilə görüşü zamanı Bağdad-Moskva yaxınlaşmasının Vaşinqtonun maraqlarına uyğun olmadığını bildirib.

Bu barədə informasiyanı Böyük Britaniyada çap edilən “Əş Şark Ausat” qəzeti yayıb. Ağ Evin Bağdada olan mesajını İbadiyə çatdıran Allen İraqdan Rusiya siyasətilə bağlı konkret cavab istəyib.

Qeyd edək ki, bundan öncə Heydər İbadi İŞİD-lə mübarizə üçün Rusiya və İranla geniş koalisiya yaratmağın vacib olduğunu bildirmişdi.
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber