Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

Həbs olunan MTN zabitlərinin sayı 12-yə çatdı

Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən yüksək rütbəli zabitlərinin sayı 12 nəfərə çatıb.

Həmin şəxslərin barəsində həbs qərarı Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə həmin şəxslərin işinə hissə-hissə baxıb və qərar çıxarıb. Qərarla onların barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

MTN-nin həbs olunan əməkdaşlarının barəsində keçirilən proseslər qapalı olub. Prosesə Vəkillər Kollegiyasının 14 və 3 saylı hüquq məsəhələtxanalarının vəkilləri dəvət edilib.

Qeyd edək ki, MTN-nin vəzifəli şəxslərinin cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Onlar Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Qeyd edək ki, barələrində cinayət işi başlananlar MTN-in əməkdaşı Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı general-mayor Natəvan Məmmədova, polkovnik Füzuli Ələsgərzadə və digər şəxslərdir.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bura sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-in səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir./axar/
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı