Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

Putin: “Xəzərdən qanadlı raketlərlə zərbə endirdik”

“Xəzər dənizi üzərindən həyata keçirdiyimiz əməliyyat təsdiq etdi ki, Rusiya istənilən terrora, yaxud digər təhlükələrə qarşı adekvat və effektiv cavab verməyə hazırdır”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə hərbiçilərlə keçirdiyi görüşdə bəyan edib.

Putinin sözlərinə görə, Rusiya Suriyadakı terrorçuların infrastrukturunu dağıtmaq üçün Xəzər donanmasının imkanlarından istifadə edib: “Biz Xəzər dənizi akvatoriyasından qanadlı raketlərlə zərbə endirdik”,- deyə Putin bildirib. Prezident bu əməliyyatda iştirak edən şəxsi heyətə peşəkarlıqlarına görə təşəkkür edib.

Putin Rusiya ordusunu təhlükəsizlik üçün “qlobal və regional qarant” adlandırıb. “Bizim ordu və donanma bu gün regional və qlobal təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”.

Rusiya prezidentinin sözlərinə görə, terrorçular Suriyada və digər ölkələrdə platsdram yaradaraq gələcək ekspansiyalar üçün planlar qururlar. “Bütöv regionlarda qeyri-sabitlik yaratmaq üçün öz sıralarına çoxlu sayda ölkələrdən, o cümlədən Rusiyadan və MDB ölkələrindən olan şəxsləri cəlb ediblər”,- deyə Rusiya prezidenti vurğulayıb.

Putin bildirib ki, təhlükəni önləmək üçün Rusiya preventiv tədbirlərə əl ataraq Suriyada əməliyyata başlayıb./strateg/
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber