Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

21 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 21-də havanın tutulub açılacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 21-də Əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP