Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Kadirov İŞİD-in Çeçenistanda peyda olmasından narahatdır

İŞİD terror qruplaşması Çeçenistandan öz güc və imkanlarının nümayişinə cəhd edə bilər. Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov respublika DİN-in kollegiyasında bildirib.

Onun sözlərinə görə, respublikanın təhlükəsizliyinin təmin edilməsi onun rəhbərliyi və hüquq-mühafizə orqanları üçün prioritet məsələ olaraq qalır. O, hüquq-mühafizə orqanlarını sayıqlığı artırmağa çağırıb.

“Biz əlimizdən gələni etməliyik ki, regiona “iblis dövlətin” bir qulduru belə sıza bilməsin” – deyib Kadırov.

Bundan öncə o, terrorçular üçün ölüm hökmünün tətbiqini təklif eləmişdi./musavat/
725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
Go to TOP