Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Rusiya: “İŞİD və Nüsrə hədəflərini vurduq”

Rusiya Müdafiə Nazirliyi hərbi təyyarələrinin Suriyada 60 İŞİD və Əl-Nüsrə hədəflərini vurduqlarını açıqlayıb.

“Sputnik” xəbər verir ki, Rusiya Müdafiə Naziriliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov son 24 saat ərzində rus qırıcılarının Hələb, Şam, Həma və Laziqiyədə hava hücumları nəticəsində terrorçuların ağır itkilər verdiyini bildirib.

Hava hücumlarında İŞİD-ə aid 19 komanda mərkəzinin məhv edildiyini bildirən Konaşenkov, habelə 30 mövqe, iki sursat anbarı, bir partlayıcı emalatxanası və Həmada yerləşən 9 gücləndirilmiş sığınacağın yerlə-yeksan edildiyini qeyd edib.
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
22.07.17, 09:46