Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Laziqiyyə sahillərində 20 min rus hərbiçisi müşahidə olunub!

Nur-az.com alalam.ir-a istinadən:
Bəzi ərəb ölkələri informasiya vasitələrində Rusiyanın Suriyada döyüşən bütün silahlı qruplara qarşı böyük əməliyyata hazırlaşdığı bildirilir. “Rəy əl-yovm” qəzeti qeyd edir ki, əldə edilən məlumata görə, son günlərdə Rusiya hərbi dəniz donanmasının altı gəmisi Suriyanın Laziqiyyə-Tərtus məntəqələri sahillərinə yan aldığı müşahidə olunub. Mövcud vəziyyət göstərir ki, Rusiya Suriyada terroristlərə qarşı böyük miqyaslı əməliyyata hazırlaşır.
Hadisəni daha dəqiq izləyən Qərb və Amerika kəşfiyyat orqanları məlumat verirlər ki, bu gəmilərin hər birində 3500-ə yaxın tam silahlı hərbiçi vardır və onlara Suriya hava qüvvələri yaxından nəzarət edir.
Rəy əl-yovmun proqnozuna görə, yaxın günlərdə 40 min nəfərdən ibarət Suriya, Hizbullah və Rusiya qoşunları bütün məntəqələrdə silahlı qruplara qarşı döyüşə başlayacaq.
Hərbi ekspertlər də, qeyd edirlər ki, rus qüvvələrinin tam təchizatla Suriya sahillərinə yan alması yaxın günlərdə, hətta cari ay başa çatmamış geniş miqyasda hərbi əməliyyatların başlaması ehtimalını artırır.
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
Go to TOP