Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Təkfirçi terroristlərlə müharibə Hizbullah üçün əsas məqsəd daşımır!

Nur-az.com shia-news.com-a istinadən:
Hizbullah təşkilatı baş katibi müavini şeyx Nəim Qasim bildirib ki, ölkəmizin müxtəlif məntəqə və ərazilərinin əmniyyətinin təminində heç vaxt dövlət öz məsuliyyəti boynundan ata bilməz və bu barədə hər hansı bəhanə tamamilə yersizdir. Əgər kimsə əmniyyətin təminində Hizbullahı məsul güman edirsə, son cavab odur ki, Hizbullah dövlətin üzərinə düşən heç bir sahədə qətiyyən məsuliyyət daşımır, nə əmniyyətin təminində, nə iqtisadiyyatın inkişafında və ya nə də, hər hansı digər sahədə. Biz dəfələrlə bildirmişik ki, Hizbullah dövlətin alternativi deyil, olmayıb və heç vaxt da, onun yerini tutmayacaq. Hizbullah Müqavimət qüvvəsidir, o, işğalçılara qarşı mübarizə aparır, onun qabağında durub və bu təhlükəni hər şeydən mühüm hesab edir. Odur ki, dövlət qanun çərçivəsində həmişə öz vəzifələrinə tabe olmalıdır... Bəziləri iddia edirlər ki, filan məntəqələrin əmniyyəti, guya, Hizbullahın öhdəsinə düşür və bununla bizi daxili iğtişaşlara qataraq dövlətin işlərinə qarışdığımızda ittiham etmək qəsdindədirlər. Yaxud bir sıra siyasi qüvvələr dövlət idarələrinin, parlamentin, hətta, prezidentin belə istefasını belə tələb edərək bulanıq sudan balıq tutmaq niyyətindədirlər və başqa siyasi partiyalarla əməkdaşlığı unudurlar. Biz həmişə əməkdaşlığı qorumağa çalışmışıq və belə birtərəfli mövqelərə qarşı qəti münasibət göstərəcəyik. Dövlət bütün strukturları ilə bərabər xalqa məxsusdur və kimsə onu inhisar edə bilməz... Təkfir və terrorizmlə mübarizəyə dair onu da, qeyd etməliyəm ki, bu özü sionizmlə mübarizənin bir tərəfidir və heç kəs bir an belə güman etməsin ki, təkfirçilərlə savaş Hizbullah üçün birinci planda durur. Bizim əsl məqsədimiz onları qarşımızdan dəf edib, var qüvvəmizlə sionist rejimi ilə vuruşmaqdır...
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber