Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

İraq kömək üçün Putinə müraciət hazırlayır: Bağdaddan rəsmi sənəd

İraq da İŞİD-ə qarşı mübarizədə Rusiyadan hərbi kömək istəməyə hazırlaşır.

Rusiyanın “Sputnik” Agentliyi bildirir ki, İraq parlamenti oktyabrın sonuna qədər Rusiyaya müraciətlə bağlı sənədi səsverməyə çıxaracaq.

Müraciətdə Rusiya hava qüvvələrindən İŞİD-ə qarşı mübarizəyə dəstək verilməsi istəniləcək. Bu barədə İraqın şiə koalisiyasından olan deputatı, milli təhlükəsizlik üzrə keçmiş müşavir Muvafaq ər-Rübai bildirib.

“Səsvermənin tarixi gələn ay üçün bəlli olacaq”,-deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, İraq hələlik hərbi köməklə bağlı Rusiyaya müraciət etməyib. “Belə müraciət olacaqsa, baxılacaq”.

İraqın baş naziri Heydər əl-İbadi France 24 telekanalına müsahibəsində Rusiyanın hava zərbələrini dəstəkləyib./strateg/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB