Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Rusiyanın İraqa girəcəyi vaxt bilindi

İraqın sabiq Milli Təhlükəsizlik müşaviri Müvəffəq Rubai terrorla mübarizə çərçivəsində Rusiyadan hava dəstəyi tələb edilməsi mövzusunun bu ayın sonuna qədər parlamentin gündəminə salınacağını açıqlayıb.

Rubai təklifin səs çoxluğu ilə qəbul ediləcəyinə ümid etdiyini deyib:

“Sünni, ya da kürdlərin təklifi dəstəkləməsi əhəmiyyətli deyil. Bu, heç bir şeyi dəyişdirməyəcək. Hüquqi Dövləti Koalisiyası olaraq məclisdə kifayət qədər gücümüz var”, - deyə qeyd edib.

Xatırladaq ki, Bağdad rəhbərliyi bir neçə dəfə Rusiyanın yardımına ehtiyacı olduğunu açıqlayıb. ABŞ liderliyindəki koalisiya İŞİD-ə qarşı keçirilən əməliyyatlarda uğursuz olduğuna görə, rəsmi Bağdad alternativ variant kimi Rusiyanı görür./axar/
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu
19.02.17, 17:20
Hakimiyyət bu ləya