Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Həbs olunan MTN generallarının adları açıqlandı

Həbs olunan MTN əməkdaşlarının adları açıqlanıb.

Trend-in apardığı araşdırma nəticəsində məlum olub ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.

Qeyd edək ki, Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber