Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Polşa prezidenti: “Döyüşə hazır olun”

Polşa prezideneti Andrey Duda canlı efirdə hər kəsi təəccübləndirəcək açıqlamalarla çıxış edib. O, II Dünya Müharibəsindən əvvəl Polşa ərazisi olan, hal-hazırda isə Ukrayna ərazisinə daxil Livov, Ternopil, Ivano-Frankivsk, Volın və Rivne bölgələrini geri istədiklərini açıqlayıb.

Dövlət kanalı TVP1-in qonağı olan Duda, Polşa vətəndaşlarını Ukraynanın zülm və aşağılamalarına məruz qalan soydaşlarının yaşadığı köhnə Polşa torpaqlarını geri almaq üçün döyüşməyə hazır olmağa çağırıb:

“Əgər müasir Ukrayna SSRİ-nin hərəkətlərini qınayırsa, o zaman 1939-a qədər Polşaya aid olan torpaqları könüllü olaraq geri qaytarmalıdır. Hər bir vətəndaşımız üzərində çox sayda polşalının yaşadığı və müdafiəmizə ehtiyac duyan torpaqlarımızı geri almaq üçün mübarizəyə hazır olmalıdır”,- deyə preident bildirib.
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi