Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

PKK polis şöbəsini partlatdı - FOTO

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda PKK rayon polis şöbəsinin qarşısında partlayıcı ilə yüklənmiş avtomobili partladıblar. Hadisə rayon mərkəzində yerli vaxtla saat 20.00-də (Bakı vaxtıyla 22.00) baş verib. Hadisə nəticəsində insan tələfatı və yaralanma faktı qeydə alınmasa da binada dağıntı baş verib. 



Partlayışdan sonra bölgədə PKK ilə təhlükəsizlik qüvvələri arasında atışma olub.



Bu il iyulun 20-də Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alımışdı. 



Bundan sonra PKK  hadisəni hökumətin sifarişi ilə İŞİD terror qruplaşmasının törətdiyini iddia edərək təhlükəsizlik qüvvələri və hərbçilərə qarşı intensiv hücumlara başlamışdı.



Hücumlar zamanı yüzlərlə TSK mənsubu və polis dünyasını dəyişib, əməliyyatlar nəticəsində minə yaxın terrorçu məhv edilib./ans/
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber