Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Kərəm Həsənovla sabiq MTN şefi hansı şirkətə şərik imiş?

Komitə sədrinin qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko”nun gəlirlərinin 40 faizi Eldar Mahmudova çatırmış

Sabiq MTN şefi Eldar Mahmudovun biznes şəbəkəsi ilə bağlı hər gün yeni-yeni məlumatlar ortaya çıxır. Ötən həftənin sonlarında işdən çıxarılan sabiq nazirin biznesi ilə bağlı sonuncu məlumat isə çox maraqlıdır.

Etibarlı mənbələrdən verilən məlumata görə, Eldar Mahmudovun biznes ortaqlarından biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Mənbə israrla iddia edir ki, Həsənovla Mahmudov xeyli müddətdir şərikli işlər görürmüşlər. Onların sonuncu birgə proyekti isə adı bir çox qalmaqallarda hallanan “Azinko” tikinti şirkəti olub.

Məlumatda deyilir ki, Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko” Bakıda həyata keçirilən bir sıra layihələrdə iştirak edib. Bu layihələrdən biri isə Bayraq Meydanına yaxın ərazilərdəki evlərin sökülməsindən ibarət olub. Həmin vaxt vətəndaşların zorla evindən çıxması, binalarını başlarına uçurmaları da fakt olaraq məlumdur.

Mənbə bildirir ki, o zaman yarana biləcək sıxıntı və qalmaqallarla bağlı Kərəm Həsənovla Eldar Mahmudov arasında danışıq olur və sabiq MTN şefi komitə sədrini arxayın salır ki, heç bir problem yaşanmayacaq. Mənbə vurğulayıb ki, etiraz edənlərin susdurulması üçün Eldar Mahmudov Kərəm Həsənovun adamlarından istifadə edib. Amma onlara nəzarət sabiq nazirin adamları tərəfindən həyata keçirilib.

Bu əsnada o da deyilir ki, Eldar Mahmudovun dəstəyi ilə “Azinko”nun iri layihələr üzrə tenderləri udmaları da sirli məsələ hesab olunmur. Bildirlir ki, həmin vaxt Dövlət Satınalmalar Agentliyindəki adamları vasitəsi ilə tenderləri “udan” Mahmudov onları Həsənova verirmiş. Müqabilində külli miqdarda pul alırmış.

Qeyd edilir ki, Kərəm Həsənovla Eldar Mahmudovun sözügedən tikinti şirkətindəki şəriklk payları da fərqli olub. “Azinko”nun gəlirlərinin 40 faizi sabiq nazirə, 60 faizi isə Həsənov qardaşlarına çatırmış./jam/
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber